QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 117

Maddə 117. İcra sənədi

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir:

117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında;

117.1.2. müvəqqəti xarakterli müdafiəyə dair məhkəmə qərardadı əsasında; 117.1.3 məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında;

117.1.4. prosessual xərclərin müəyyən edilməsi haqqında məhkəmə qərardadı əsasında.

117.2. Məhkəmə qərarının icrası ilə bağlı inzibati məhkəmə icraatının iştirakçılarına, onların ərizəsinə əsasən, təsviri və əsaslandırma hissəsi olmadan məhkəmə qərarının surəti verilə bilər. Belə qərar hüquqi qüvvəsinə görə tam formada təqdim olunmuş məhkəmə qərarına bərabər sayılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver