QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 121

Maddə 121. İcranın mübahisələndirilməsi

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

121.1. Barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər.

121.2. Mübahisəyə müvafiq apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Şikayət təmin edilmədikdə və ya qismən təmin edildikdə, bu barədə məhkəmə qərardadı Ali Məhkəmədə mübahisələndirilə bilər.

121.3. Mübahisəyə Ali Məhkəmə tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Ali Məhkəmənin qərardadı qətidir.

121.4. İcranın mübahisələndirməsi ilə bağlı bu Məcəllənin 81-ci, 85-ci, 87-ci, 88-ci, 90-cı, 94-cü, 96-cı, 97-ci və 99-cu maddələri müvafiq qaydada tətbiq olunur. XV fəsil NORMATİV XARAKTERLİ AKTLARIN QANUNAUYĞUNLUĞUNUN MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR İDDİALAR ÜZRƏ İCRAAT

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver