QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 123

Maddə 123. Normativ xarakterli aktların mübahisələndirilməsinə dair iddia üzrə məhkəmə qərarı

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

123.1. Məhkəmə şifahi məhkəmə baxışı əsasında qərar qəbul edir.

123.2. İddia əsaslı hesab edildiyi, yəni normativ xarakterli akt Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanununa zidd olduğu hallarda, həmin akt qəbul edildiyi gündən bütövlükdə və ya qismən etibarsız sayılır.

123.3. Normativ xarakterli aktın etibarsız sayılması barədə məhkəmənin qərarı ümumi-məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının nəticəvi hissəsi cavabdeh tərəfindən normativ xarakterli aktın dərc olunduğu qaydada dərc edilməlidir.

123.4. Normativ xarakterli aktın etibarsız sayılması qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının və barəsində şikayət verilə bilməyən inzibati aktların etibarsız sayılmasına səbəb olmur. Normativ xarakterli aktın etibarsız sayılması bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın təzələnməsinə səbəb ola bilməz (icraatın təzələnməsi üçün əsas kimi təfsir oluna bilməz).

123.5. Normativ xarakterli aktların mübahisələndirilməsinə dair iddia ərizəsinin təmin edilməməsi barədə məhkəmə qərarı müstəsna olaraq inzibati məhkəmə icraatının iştirakçılarına münasibətdə hüquqi qüvvəyə malikdir.

123.6. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində həmin qərardan Ali Məhkəməyə şikayət verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver