QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 130-1

Maddə 130-1. Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

mübahisələndirilməsinə dair iddia üzrə icraatın xüsusiyyətləri 130-

1.1. Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətində verilir. 130-

1.2. Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia ərizəsinə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130-

1.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130-

1.4. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. 130-

1.5. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. XVIII-II FƏSİL “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ QANUNVERİCİLİK TƏŞƏBBÜSÜ HÜQUQUNDAN İSTİFADƏ ETMƏSİ QAYDASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA MÜVAFİQ OLARAQ QƏBUL Maddə … BLİKASI VƏTƏNDAŞLARININ QANUNVERİCİLİK TƏŞƏBBÜSÜ HÜQUQUNDAN İSTİFADƏ ETMƏSİ QAYDASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA MÜVAFİQ OLARAQ QƏBUL EDİLMİŞ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARININ MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR İDDİA ÜZRƏ İCRAAT

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver