21.1. Məhkəmə aktının 40 nəfərdən çox şəxsə elan edilməsinin tələb olunduğu hallarda, məhkəmə həmin aktın mediada dərc olunma yolu ilə elan edilməsi haqqında qərardad qəbul edə bilər.
21.2. Qərardadda məhkəmə aktının dərc olunacağı media (gündəlik qəzet) göstərilməlidir. Bu zaman həmin aktın qüvvəsinin şamil olunacağı ehtimal edilən ərazilərdə daha çox yayılan mediaya (gündəlik qəzetlərə) üstünlük verilməlidir.
21.3. Qərardad inzibati məhkəmə icraatının iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə aktının növbəti dəfə hansı üsulla elan ediləcəyi və həmin aktın nə vaxt təqdim olunmuş sayılacağı barədə məlumatlar nəzərdə tutulmalıdır.
21.4. Məhkəmə dərc olunma haqqında qərardadını istənilən vaxt ləğv edə bilər. Bu Məcəllənin 21.1-ci maddəsində göstərilən şərtlər mövcud olmadıqda və ya aradan qalxdıqda məhkəmə həmin qərardadı ləğv etməyə borcludur.
21.5. Məhkəmənin dərc olunma haqqında qərardadından şikayət verilə bilməz.
21.6. Dərc olunma yolu ilə elan edilməsi nəzərdə tutulan məhkəmə aktı müvafiq ərazidə yayılan mediada (gündəlik qəzetdə) dərc olunmalı və eyni zamanda məhkəmədə elanlar lövhəsindən asılmalıdır. Məhkəmə aktı bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş gündəlik qəzetlərdə dərc olunduğu hallarda, elanlar lövhəsində məhkəmə aktının nəticəvi hissəsini və ondan şikayət qaydası haqqında məlumatı asmaq kifayətdir. Məhkəmə aktı əvəzinə elanlar lövhəsində və ya gündəlik qəzetdə həmin məh Maddə … ticəvi hissəsini və ondan şikayət qaydası haqqında məlumatı asmaq kifayətdir. Məhkəmə aktı əvəzinə elanlar lövhəsində və ya gündəlik qəzetdə həmin məhkəmə aktının tam mətni ilə harada və necə tanış olmaq barədə müvafiq olaraq məlumat asıla və ya dərc edilə bilər.
21.7. Məhkəmə iclasının vaxtı və məhkəməyə çağırış haqqında qərardadlar tam şəkildə elanlar lövhəsindən asılmalı və dərc olunmalıdır.
21.8. Məhkəmə aktları və digər məhkəmə sənədləri gündəlik qəzetdə dərc olunduğu gündən 2 həftə sonra təqdim olunmuş sayılır.
21.9. Məhkəmə aktı mediada dərc olunduqdan sonra, inzibati məhkəmə icraatının iştirakçıları həmin aktın bir nüsxəsinin onlara verilməsini yazılı şəkildə tələb etmək hüququna malikdirlər.
21.10. Məhkəmə aktı bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş qaydada dərc olunduqda, bu Məcəllənin 21.8-ci və 21.9-cu maddələrində nəzərdə tutulmuş qaydalar barədə həmin nəşrlərdə müvafiq məlumat verilməlidir. V fəsil PROSESSUAL MÜDDƏTLƏR