4.1. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır.
4.2. İnzibati mübahisəyə dair işə 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən baxıldığı hallarda məhkəmə qərarı səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı hakimlərdən hər hansı birinin bitərəf qalmasına yol verilmir. Sədrlik edən sonuncu olaraq səs verir.
4.3. Azlıqda qalan hakim öz xüsusi rəyini yazılı şəkildə tərtib edə bilər, həmin rəy işə əlavə edilir. Apellyasiya instansiyası məhkəmələrinin və Ali Məhkəmənin inzibati kollegiyaları hakiminin xüsusi rəyi müvafiq məhkəmə tərkibinin qərarı ilə birlikdə dərc edilir.