69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir:
69.1.1. giriş hissəsindən;
69.1.2. təsviri hissədən;
69.1.3. əsaslandırma hissəsindən;
69.1.4. nəticəvi hissədən.
69.2. Məhkəmə qərarının giriş hissəsində onun qəbul edildiyi tarix və yer, qərarı qəbul edən məhkəmənin adı, qərarın qəbul edilməsində iştirak edən hakimlərin (hakimin) soyadı, adı, atasının adı, proses iştirakçılarının adı, soyadı, atasının adı, ixtisası və vəzifəsi, yaşayış yeri, habelə məhkəmə icraatında onların statusu göstərilməlidir.
69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir.
69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.
69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər v Maddə … onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.
69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
69.6. Məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır.
69.7. Məhkəmə qərarı elan olunduğu vaxtdan ən geci 15 gün müddətində tam hazır formada məhkəmənin dəftərxanasına verilməlidir.
69.8. Məhkəmə dəftərxanasının müvafiq dövlət qulluqçusu məhkəmə qərarında həmin qərarın inzibati məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu tarix, qərar şifahi məhkəmə baxışı ilə bağlı iclasda elan olunduğu hallarda isə onun elan edildiyi tarix barədə qeyd aparmalı və həmin qeydləri öz imzası ilə təsdiq etməlidir.