75.1. Şifahi məhkəmə baxışının qurtardığı gün inzibati mübahisələrə dair iş üzrə qərarı qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qərarın giriş və nəticəvi hissələrini elan edir, qərardan şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qərarın nəticəvi hissəsini izah edir. Müstəsna hallarda (mürəkkəb işlər üzrə) məhkəmə qərarının nəticəvi hissəsi, şifahi məhkəmə baxışının qurtardığı gün məhkəmə tərəfindən müəyyən edilən başqa gündə, lakin 10 gündən gec olmayaraq elan edilə bilər. Qərarın elan edilən nəticəvi hissəsi yazılı formada tərtib olunur və işə baxan hakim, işə kollegial qaydada baxıldıqda isə, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri tərəfindən imzalanır. 75.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qərarın elan edilmiş nəticəvi hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.
75.2. Yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq tərtib olunaraq məhkəmənin dəftərxanasına verilməlidir.
75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir. 75.3-1. İnzibati məhkəmə icraatı iştirakçılarının tələbi ilə qərarın giriş və nəticəvi h Maddə … zibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir. 75.3-1. İnzibati məhkəmə icraatı iştirakçılarının tələbi ilə qərarın giriş və nəticəvi hissələrini əks etdirən çıxarış elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir.
75.4. Bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.