77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər.
77.2. Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz.
77.3. Qərardad yalnız məhkəmə qərarının qəbul edilməsində iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilir. Hakimlərdən birinin səsvermədə iştirak etmək imkanından məhrum olduğu hallarda, səslərin bərabər olduğu təqdirdə sədrlik edən hakimin səsi həlledici sayılır.
77.4. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır.