QanunvericilikAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi › Maddə 92

Maddə 92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:

92.0.1. mübahisə ilə bağlı işə, həmin işə baxmaq hüququ olmayan məhkəmə tərəfindən baxıldıqda;

92.0.2. qanuna əsasən vəzifəsindən kənarlaşdırılmış və ya qərəzsizliyinə şübhə olduğuna görə etiraz olunmuş hakim qərarın qəbul edilməsində iştirak etdikdə;

92.0.3. inzibati məhkəmə icraatı iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda;

92.0.4. inzibati məhkəmə icraatı iştirakçısının aşkar və ya susmaqda ifadə olunan razılığı ilə məhkəmə icraatının aparıldığı hallar istisna olmaqla, inzibati məhkəmə icraatının iştirakçısı icraatda qanunun müddəalarına uyğun şəkildə təmsil olunmadıqda;

92.0.5. qərar aşkarlıq prinsipinin pozulduğu şifahi məhkəmə baxışı əsasında qəbul edildikdə;

92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver