AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“İnzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 may tarixli 171 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə,
1. “İnzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 27 iyun 2014-cü il tarixli Q18-001-14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
İnzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi.
1.2. Elektron xidmətin məzmunu:
Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs tərəfindən həmin qərardan şikayətin verilməsi.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 may tarixli 171 nömrəli Fərmanının 4.2-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada çıxarılmış inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək imkanı yaradılır.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/driverlicense/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/driverlicense/
- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Fiziki şəxslər tərəfindən şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin seriya və nömrəsi;
Hüquqi şəxslər tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi və hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrdən çıxarışın) nömrəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet informasiya ehtiyatının “inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi” bölməsinə daxil edilir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Elektron xidmət daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. Elektron xidmətlər üçün sorğu:
3.2.1. sorğunun formalaşdırılması: İstifadəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet informasiya ehtiyatının “inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi” bölməsini seçir və bu reqlamentin 2.6.1-ci yarımbəndindəki məlumatları daxil edir.
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu andan qeydiyyata alınır və bu barədə həmin səhifədə məlumat əks olunur.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları: istifadəçi tərəfindən bu reqlamentin 2.6.1-ci yarımbəndindəki məlumatlar internet səhifəsinə düzgün daxil edilmədikdə sorğu qəbul olunmur və bu barədə həmin səhifədə məlumat əks olunur.
3.3.2. sorğunun qəbulu: istifadəçi tərəfindən bu reqlamentin 2.6.1-ci yarımbəndindəki məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur və bu barədə həmin səhifədə məlumat əks olunur.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-yə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üzrə DİN BDYPİ məsuliyyət daşıyır.
3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: sorğuya DİN BDYPİ-də baxılır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada çıxarılmış inzibati tənbeh vermə haqqında qərardan şikayətin qeydiyyata alınması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
DİN BDYPİ-yə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada çıxarılmış inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmanın yeri, tarixi və vaxtı barədə istifadəçinin elektron poçtuna sorğunun qeydiyyata alındığı vaxtdan 3 gün ərzində bildiriş göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada təmin edilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
1. 07 dekabr 2015-ci il tarixli Q71-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512070071, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 dekabr 2015-ci il)
2. 24 yanvar 2017-ci il tarixli Q4-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201701240004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 yanvar 2017-ci il)
3. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
4. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
5. 21 avqust 2018-ci il tarixli Q47-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210047, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)
6. 21 noyabr 2018-ci il tarixli Q67-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811210067, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 noyabr 2018-ci il)