Qanunvericilik › “İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2023) › Tam mətn

“İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2023)

“İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 28 yanvar tarixli 665 nömrəli, “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydalarının təsdiq edilməsi barədə” 2006-cı il 27 iyul tarixli 432 nömrəli, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1398 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 yanvar 2023-cü il

1. Təyinatı Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan vəzifələr.

2. Seçkisi və təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr.

3. Dövlət orqanlarında (qurumlarında) aşağıdakı vəzifələr:

3.1. idman sahəsi üzrə:

3.1.1. olimpiya komplekslərinin, idman qurğularının rəhbərləri və onların müavinləri;

3.1.2. idman məktəblərinin rəhbərləri;

3.1.3. idman sahəsində seleksiya üzrə baş mütəxəssis;

3.2. qida təhlükəsizliyi sahəsi üzrə:

3.2.1. mühəndis-texnoloq;

3.2.2. sanitar həkim, həkim-epidemioloq, həkim-bakterioloq, həkim-gigiyenist;

3.2.3. baytar müfəttiş;

3.2.4. fitosanitar müfəttiş entomoloq;

3.2.5. fitohelmintoloq, fitopatoloq;

3.2.6. herboloq, mikrobioloq;

3.2.7. bioloq, molekulyar bioloq;

3.3. kənd təsərrüfatı sahəsi üzrə:

3.3.1. bitkiçilik üzrə mütəxəssis;

3.3.3. seleksiya üzrə mütəxəssis;

3.3.4. baytar həkim və mütəxəssis;

3.3.6. bitki mühafizə vasitələri üzrə mütəxəssis;

3.3.7. aqrokimyaçı, toksikoloq, radioloq;

3.3.8. kənd təsərrüfatı mühəndisi;

3.3.9. kənd təsərrüfatı texnikası üzrə mexanik;

3.4. memarlıq, şəhərsalma və tikinti fəaliyyəti sahəsi üzrə:

3.5. mədəniyyət sahəsi üzrə:

3.5.1. mədəniyyət müəssisələrinin rəhbərləri (uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin direktorları, muzey direktorları, H.Əliyev mərkəzlərinin və mədəniyyət mərkəzlərinin direktorları, respublika əhəmiyyətli və mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları, rəsm qalereyalarının direktorları, dövlət qoruqlarının direktorları, teatr və konsert müəssisələrinin direktorları, kinostudiya və kinoteatrların direktorları, nəşriyyatların direktorları);

3.6. səhiyyə və tibb sahəsi üzrə:

3.6.1. tibb müəssisələrinin rəhbərləri (baş direktor, direktor, baş həkim) və onların müavinləri;

3.7. dövlət orqanı statusuna malik olmayan dövlət qurumlarında informasiya texnologiyaları üzrə mütəxəssis;

3.8. elmi müəssisə və təşkilatlar üzrə:

3.8.1. elmi müəssisənin (təşkilatın) rəhbəri və onun müavini;

3.8.2. elmi müəssisədə (təşkilatda) baş konstruktor;

3.8.3. elmi müəssisədə (təşkilatda) baş mühəndis;

3.8.4. elmi müəssisədə (təşkilatda) baş texnoloq;

3.8.5. elmi müəssisədə (təşkilatda) informasiya texnologiyaları üzrə tədqiqatçı;

3.8.6. elmi müəssisədə (təşkilatda) kosmos üzrə tədqiqatçı;

3.8.7. elmi müəssisədə (təşkilatda) mühəndis-tədqiqatçı;

3.8.8. elmi müəssisədə (təşkilatda) fizik-tədqiqatçı;

3.8.9. elmi müəssisədə (təşkilatda) kimyaçı-tədqiqatçı.

Qeyd. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.12-ci maddəsinin üçüncü hissəsinin və 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsinin tələbləri bu Siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il stajı olan şəxslərə şamil edilir.

1. 6 iyun 2023-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyun 2023-cü il, “Xalq” qəzeti, 9 iyun 2023-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 849)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver