QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 127-4

Maddə 127-4. Dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunmuş inzibati xəta haqqında iş üzrə çıxarılan inzibati tənbeh vermə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

haqqında elektron qərardan şikayətə baxılma qaydası 127-

4.1. Barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. 127-

4.2. Dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunmuş inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edərsə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edir. 127-

4.3. Bu Məcəllənin 127-4.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq səlahiyyətli orqanın informasiya sistemində yerləşdirilir və həmin qərar “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi nə və müvafiq icra hakimiyyəti orqanının müəy Maddə 127-4. Dövlət informasiya sistemləri … mində yerləşdirilir və həmin qərar “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi nə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. FƏSİL 17 İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver