QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 154

Maddə 154. İctimai işlər haqqında qərarın icrası

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

154.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə dövlət icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 154.1-1. Müvafiq icra hakimiyyəti orqanları müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək müvafiq icra hakimiyyəti orqanına göndərir. 154.1-2. Dövlət icra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı yerlərdən birində işləmək üçün göndəriş verir. İctimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı hər hansı məlumat tələb edildikdə dövlət icra məmuru müvafiq icra hakimiyyəti orqanına bu barədə sorğu verir. Sorğuya beş iş günündən gec olmayaraq cavab verilməlidir.

154.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs dövlət icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur.

154.3. Dövlət icra məmuru: Maddə 154. İctimai işlər haqqında qərarın icrası … da qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur.

154.3. Dövlət icra məmuru:

154.3.1. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin qeydiyyatını aparır, onlara tənbehin icrasının qayda və şərtlərini izah edir;

154.3.2. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir;

154.3.3. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin davranışına, onların ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə və həmin yerləri müəyyən olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət edir;

154.3.4. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq, şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir;

154.3.5. ictimai işlər növündə inzibati tənbehin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.

154.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətb Maddə 154. İctimai işlər haqqında qərarın icrası … hin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.

154.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin daxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə, bu barədə dövlət icra məmuruna məlumat verməlidirlər.

154.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə inzibati tənbehin icrasını dayandırmır.

154.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi qərarın icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.

154.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır.

154.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə i Maddə 154. İctimai işlər haqqında qərarın icrası … h tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin razılığı ilə isə dörd saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda, dövlət icra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verir.

154.9. İşəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, şəxs ictimai işlərin həyata keçiriləcəyi yerdə qəbul edilərək ictimai işə təhkim edildikdə, onun tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq dövlət icra məmuruna göndərir, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə dərhal dövlət icra məmuruna məlumat verir.

154.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, dövlət icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.

154.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, dövlət icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş Maddə 154. İctimai işlər haqqında qərarın icrası … ən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, dövlət icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver