QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 156-1

Maddə 156-1. İnzibati tənbeh tətbiq etmə zamanı elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

156-

1.1. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. 156-

1.2. Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 156-

1.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət dövlət icra məmurları tərəfindən həyata keçirilir. 156-

1.4. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsi təqdim olunur və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi, həmçinin bu əməlin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 156-

1.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Xüsusi hissə VI BÖLMƏ İnzibati xətalar FƏSİL 20 Sağlamlıq əleyhinə olan inzibati xətalar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver