173.0. Seçki (referendum) komissiyasının üzvü tərəfindən:
173.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısı) ilə tanış olmaq hüququnun pozulmasına;
173.0.2. seçici siyahılarındakı (referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə baxılmamasına;
173.0.3. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə- yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.