QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 187

Maddə 187. Folklor nümunələrindən istifadə tələblərinin pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu az miqdarda ziyan vurduqda- folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə hazırlanmış (istehsal edilmiş) və yayılmış folklor obyekti nüsxələri (pirat nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver