266.1. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
266.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə- fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. 266.3-1. Bu Məcəllənin 266.3-cü maddəsində nəzərdə tutulmuş xətan Maddə … min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. 266.3-1. Bu Məcəllənin 266.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
266.4. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə- vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 266.4-1. Məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə – vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
266.5. Utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə bağlı “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan tələblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəf Maddə … əblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən bu fəaliyyətlə bağlı həmin Qanunla müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə görə - vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
266.6. Utilizator tərəfindən utilizatorların reyestrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə - vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
266.7. Bu Məcəllənin 266.5-ci və 266.6-cı maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
266.8. Utilizator, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın nüsxəsinin “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə - vəzifəli şəxslər beş yüz Maddə … i utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
266.9. Utilizator tərəfindən “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə - vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
266.10. Utilizator tərəfindən “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
266.11. Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə - dörd min manat məbləğində cərimə edilir.
266.12. “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə - beş yüz manat məbləğində cərimə edilir.
266.13. Utilizasiya edi Maddə … tın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə - beş yüz manat məbləğində cərimə edilir.
266.13. Utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə - vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 266-cı maddəsində “utilizator” dedikdə, “ Tullantılar haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada utilizatorların reyestrində qeydiyyata alınmış, nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən şəxs başa düşülür.