274.1. Heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə – beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
274.2. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə – səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
274.3. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda – min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
274.4. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda – min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.