284.1. Müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində göstərişlərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
284.2. Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə- vəzifəli şəxslər səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
284.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.