293.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və ya nişanlı qurğulara oxşar hər hansı işarə və ya qurğu yerləşdirilməsinə görə- əlli manat məbləğində cərimə edilir. 293.1-1. Müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər belə işlərin görülməsinə görə- fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
293.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir.
293.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir.
293.5. Lazımi icazə olmadan hava limanlarının (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə- əlli manat məbləğində cərimə edilir.
293.6. İcazə olmadan Azərba Maddə … atı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə- əlli manat məbləğində cərimə edilir.
293.6. İcazə olmadan Azərbaycan Respublikasının hava məkanında hava gəmisinin səsdən iti sürətlə uçmasına görə – dörd yüz manat məbləğində cərimə edilir.
293.7. Müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
293.8. Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların və qəza şəraitinin imitasiyasının aparılmasına görə – fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
293.9. Təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin və avadanlığın sıradan çıxması hallarının imitasiya edilməsinə görə – fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
293.10. Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə – fiziki şəxslər iki min manat məbləğin Maddə … şların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə – fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
293.11. Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə – altı yüz manat məbləğində cərimə edilir.
293.12. Heyət üzvü uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə – üç min manat məbləğində cərimə edilir.