300.1. Dəmir yolunun, mühafizə çəpərlərinin və digər yol obyektlərinin, qurğularının və avadanlığının zədələnməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə edilir.
300.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə- fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.
300.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir.