307.1. Dəniz və çay nəqliyyatında gəmilərin limana (dəniz əməliyyatları bazasına) daxil olmasının və limandan (dəniz əməliyyatları bazasından) çıxmasının, habelə Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyasında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
307.2. Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə- yüz manat məbləğində cərimə edilir.
307.3. Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir.
307.4. Dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərinin icra edilməməsi, habelə bu sahədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə zidd olaraq gəmilərin istismar və idarə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. [42 Maddə … ə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
307.5. Dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.