QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 317

Maddə 317. Dəniz və çay nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

317.1. Yükdaşıma üçün nəzərdə tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə- yüz manat məbləğində cərimə edilir.

317.2. Konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin konteyner məntəqələrinin (meydançalarının) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə- yüz əlli manat məbləğində cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver