QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 326-1

Maddə 326-1. Beynəlxalq sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydaları pozulmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

riayət edilmədən yerinə yetirilməsi 326-

1.1. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq sərnişin və yük daşımalarında taxoqrafdan istifadə qaydalarının pozulmasına, yəni həmin daşımaların: 326-

1.1.1. taxoqraf olmadan yerinə yetirilməsinə; 326-

1.1.2. yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə; 326-

1.1.3. tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə; 326-

1.1.4. taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə; 326-

1.1.5. taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 326-

1.2. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver