338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;
338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə- iyirmi manat məbləğində cərimə edilir.
338.2. Bu Məcəllənin 338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə- iyirmi manat məbləğində cərimə edilir. 338.2-1. Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “ Yol hərəkəti haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə - qırx manat məbləğində cərimə edilir. 338.2-2. Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə – qırx manat məbləğində cərimə edilir.
338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə- otuz manat məbləğində cərimə edi Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları … masına, motodəbilqənin geyilməməsinə və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə- otuz manat məbləğində cərimə edilir.
338.4. Velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
338.4.5. nasaz nəqliyyat vasitəsindən istifadə etməyə;
338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına;
338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. 338.4-1. Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4-
1.1. avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə; 338.4-
1.2. velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə; 338.4-
1.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4-
1.4. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməmə Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları … anlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4-
1.4. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4-
1.5. sükan olduğu halda, sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə; 338.4-
1.6. nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə; 338.4-
1.7. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4-
1.8. sərnişin daşınmasına; 338.4-
1.9. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə – qırx manat məbləğində cərimə edilir.
338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;
338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə;
338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;
338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;
338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- səksən manat məbləğində cərimə edilir.
338.7. Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulma Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları … ərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
338.8. Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə – yüz əlli manat məbləğində cərimə edilir.
338.9. Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə – iki yüz manat məbləğində cərimə edilir.
338.10. Bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.