356.1. Xüsusi komplektləşdirilmiş ilk tibbi yardım qutusu ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə - on manat məbləğində cərimə edilir.
356.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə- qırx manat məbləğində cərimə edilir.