394.0. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni:
394.0.1. lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə məşğul olmağa;
394.0.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə;
394.0.3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə;
394.0.4. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;
394.0.5. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;
394.0.6. tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi qaydalarını pozmağa;
394.0.7. tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının ti Maddə 394. … ı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə;
394.0.8. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.