QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 410

Maddə 410. Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların , dövlətə məxsus olan hüquqi şəxslərin

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Maddə 410. Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması

410.1. Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına görə – dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində cərimə edilir. Qeyd: 1. Bu Məcəllənin 410.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 2. Bu Məcəllənin 410.1-ci və 411-1-ci maddələrində “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxsl Maddə 410. Dövlət büdcəsindən … birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur. 3. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver