416.0. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına, yəni:
416.0.1. investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə - vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;
416.0.3. klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə- vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir;
416.0.5. investisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə - vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir;
416.0.7. fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə- vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.