İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan insayd məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Qeyd: 1. Bu maddədə “insayd məlumat” və “insayder” dedikdə, “ Qiymətli kağızlar bazarı haqqında ” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 78.2-ci və 79.1-ci maddələrində nəzərdə tutulmuş məlumat və şəxslər başa düşülür. 2. Bu maddədə “az miqdarda” dedikdə, iki yüz min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Maddə 420. İnsayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver