428.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə- fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
428.2. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi olmadan verilən gizli reklama görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.3. Haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün reklam fəaliyyətinin subyektlərinə (reklamvericiyə, reklam istehsalçısına, rəqəmsal platforma təsirçisinə və reklam yayıcısına) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.4. Resept əsasında buraxı Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması … əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.4. Resept əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji aktiv qida məhsullarının dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilmədən, “ Qida təhlükəsizliyi haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilmədən, resept olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə – vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. 428.4-1. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.5. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamı Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması … atdan iki min manatadək məbləğdə cərimə edilir.
428.5. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə- fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.6. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla (rüsumsuz ticarət mağazaları istisna olmaqla) göstərilməməsinə görə- fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
428.7. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni:
428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə;
428.7.2. “ Reklam haqqında ” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə;
428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində v Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması … tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
428.8. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə- vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
428.9. Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
428.10. Bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min man Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması … a müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
428.11. Bu Məcəllənin 428.1, 428.2, 428.3, 428.4, 428.4-1 və 428.10-cu maddələrində nəzərdə tutulmuş əməllərin televiziya və radio yayımçısı tərəfindən törədilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
428.12. Bu Məcəllənin 428.1 – 428.4-1-ci, 428.6-cı və 428.10-cu maddələrində nəzərdə tutulmuş əməllərin rəqəmsal platforma təsirçisi tərəfindən törədilməsinə görə – vəzifəli şəxslər yeddi yüz əlli manatdan min iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə cərimə edilir.