QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 433

Maddə 433. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi qaydalarının pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

433.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı:

433.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına;

433.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqı tutulmasına görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver