materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının qanunsuz dövriyyəsi Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının bilə-bilə idxal edilməsinə və ya satılmasına görə, bu az miqdarda olduqda – inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və qida məhsulları müsadirə edilməklə onların dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdar” dedikdə, əlli min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. “ Qida təhlükəsizliyi haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınan genetik modifikasiya olunmuş orqanizmlərə bu maddənin qüvvəsi şamil edilmir.
Maddə 449. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver