QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 466

Maddə 466. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

466.1. İanə edilən pul vəsaitlərinin qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə nağd şəkildə verilməsinə görə - fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

466.2. İanə edilən pul vəsaitlərinin qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə - vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd: Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatına nağd şəkildə verilən və həmin təşkilat tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver