47.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.
47.2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatların mühafizəsini təmin etməlidirlər. Bu Məcəllənin 46-cı maddəsində və digər qanunlarda müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar açıqlana bilməz.
47.3. İnformasiya ehtiyatında olan məlumatlar beş il müddətində saxlanılır. III BÖLMƏ İnzibati xətalar haqqında işlər üzrə icraat FƏSİL 10 Ümumi müddəalar