hüquqi şəxslərlə bağlı tələblərinin pozulması
473.1. Aktuarilər (bu Məcəllənin 473.2-ci və 473.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyinin onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərinin pozulmasına görə - iki yüz manat məbləğində cərimə edilir.
473.2. Məsul aktuari tərəfindən “ Sığorta fəaliyyəti haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin sığortaçıya və Azərbaycan Respublikasının Mərkəzi Banka vaxtında təqdim edilməməsinə görə - üç yüz manat məbləğində cərimə edilir.
473.3. “ Sığorta fəaliyyəti haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən yazılı məlumatın Azərbaycan Respublikasının Mərkəzi Banka verilməməsinə görə - beş yüz manat məbləğində cərimə edilir.