Dilənçiliklə məşğul olmağa görə ‒ xəbərdarlıq edilir, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunur. 523-
1.2. Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə – iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.