QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 56

Maddə 56. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

56.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin çəkdikləri xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.

56.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, onların qanuni nümayəndələri, mütəxəssis və tərcüməçi kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əməkhaqqı saxlanılır.

56.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver