QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 58

Maddə 58. Qəbzin məzmunu

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

58.0. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:

58.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı;

58.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;

58.0.3. verilən sənədin adı;

58.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;

58.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, sənədi qəbul etməkdən imtina, səhv ünvan və sair);

58.0.6. sənədin verildiyi şəxs;

58.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver