586.0. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə, yəni “ Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında ” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq:
586.0.1. Q ızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində istifadə edilməsinə;
586.0.2. fərqləndirici siqnallardan istifadə edilməsinə;
586.0.3. hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;
586.0.4. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;
586.0.5. müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.