597.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:
597.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;
597.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat verilməməsinə;
597.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;
597.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya istifadə üçün kənar şəxslərə verilməsinə;
597.0.5. mühafizəçinin geyim formasının mühafizə olunan obyektin hüdudlarından kənarda daşınmasına;
597.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçilərinin və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişinin aparılmasına görə – fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatd Maddə 597. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti … audioyazı, foto və kino çəkilişinin aparılmasına görə – fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.