600.1. Dövlət qulluqçularının reyestrinə səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxil edilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görə – vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
600.2. Bu Məcəllənin 600.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 600.1-ci və 600.2-ci maddələrində “səlahiyyətli vəzifəli şəxs” dedikdə dövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrində qeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxsləri nəzərdə tutulur.