QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 602-2

Maddə 602-2. Mediasiya haqqında qanunvericiliyin pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

602-

2.1. “ Mediasiya haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mediasiya Şurasının üzvlüyünə qəbul edilmədən fiziki şəxsin mediator fəaliyyəti ilə məşğul olmasına, hüquqi şəxsin mediasiya təşkilatı kimi və (və ya) mediasiya təlimi sahəsində fəaliyyət göstərməsinə görə ‒ fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. 602-

2.2. Mediasiya təşkilatları, mediatorlar və mediasiya təlimi qurumları tərəfindən mediasiya reyestrində onlar haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “ Mediasiya haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatın verilməməsinə görə ‒ fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. 602-

2.3. Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “ Mediasiya haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına görə ‒ fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 602-

2.4. Mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə ‒ fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edili Maddə 602-2. Mediasiya haqqında qanunvericiliyin … nə görə ‒ fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. 602-

2.5. Mediator tərəfindən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə qəyyumluq və himayəçilik orqanının rəyinin alınmamasına, habelə ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar (və ya belə halların yaranma ehtimalı olduğu) barədə məlumatların, həmçinin uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişinin qəyyumluq və himayəçilik orqanına təqdim edilməməsinə görə ‒ beş yüz manat məbləğində cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver