606.1. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “ Hərbi vəzifə və hərbi xidmət haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina edilməsinə görə - iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
606.2. Vətəndaşların hərbi qeydiyyat üzrə “ Hərbi vəzifə və hərbi xidmət haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni:
606.2.1. vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;
606.2.2. hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;
606.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra Maddə … a durmamasına;
606.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə - yüz manat məbləğində cərimə edilir.
606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qeyd: 1. Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. 2. Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.