QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 74

Maddə 74. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edilən şəxslərə etiraz etmə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

74.1. Bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulan hallar olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə), mütəxəssis, ekspert və ya tərcüməçi inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etməkdən kənar olmalıdırlar.

74.2. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizə icraatında inzibati xəta haqqında iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edilir.

74.3. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir. FƏSİL 12 İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver