82.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir.
82.2. Qərardadda aşağıdakılar göstərilir:
82.2.1. ekspertizanın təyin olunması üçün əsaslar;
82.2.2. ekspertin soyadı, adı və atasının adı və ya ekspertiza aparılacaq idarənin adı;
82.2.3. ekspertin rəy verməli olduğu məsələlər;
82.2.4. ekspertin sərəncamına verilən materiallar;
82.2.5. ekspertə onun hüquq və vəzifələrinin izah edilməsi və bilə-bilə yalan rəy verilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq haqqında qeyd. 82.2-1. Bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin edə bilər. Həmin şəxslərin vəsatəti rədd edildikdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 82.2-2. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər qarşılıqlı razılaşma əsasında konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini hakimdən, səlahiyyətli orqandan (vəzifəli Maddə 82. Ekspertiza … nəzərdə tutulmuş şəxslər qarşılıqlı razılaşma əsasında konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini hakimdən, səlahiyyətli orqandan (vəzifəli şəxsdən) xahi ş edə bilərlər. 82.2-3. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertiza keçirilən zaman baxılmalı olan sualları hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim etmək hüququ vardır. 82.2-4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) müəyyən edir. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin təqdim etdiyi sualların rədd edilməsini hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) əsaslandırmağa borcludur. 82.2-5. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 82.2-6. Ekspertiza bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarının hüquqlarına riayət olunmaqla keçirilir. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etmək hüququ vardır. 82.2-7. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq, həmçinin tədqiqat aparmaq üçün materialları məhkəməyə, səlahiyyətli orqana (vəzifəli Maddə 82. Ekspertiza … ardır. 82.2-7. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq, həmçinin tədqiqat aparmaq üçün materialları məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) gətirmək mümkün deyilsə, yaxud çətinlik törədirsə, məhkəmədə, səlahiyyətli orqanda, yaxud kənar yerdə keçirilə bilər. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin kənar yerdə keçirilən ekspertizada iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər.
82.3. Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmamalıdır.
82.4. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) ekspertizanın təyin olunması haqqında qərardadı icraya göndərməmişdən əvvəl həmin qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını izah etməlidir.
82.5. Ekspert ekspertiza təyin edilməsi haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir. Ekspertin rəyində ekspertizanın aparıldığı tarix və yer, ekspertizan Maddə 82. Ekspertiza … ə təsdiq edir və dərhal məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir. Ekspertin rəyində ekspertizanın aparıldığı tarix və yer, ekspertizanın aparılmasının əsasları, onun məzmunu, habelə ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış cavablar və yekun nəticələr göstərilir.
82.6. Ekspertizanın aparılmasını bu Məcəllənin 82.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti hakimlə, səlahiyyətli orqanla (vəzifəli şəxslə) yazılı formada razılaşdırılır.
82.7. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə ekspertiza təyin edilməsi haqqında qərardadın məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.
82.8. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 82.5-ci maddəsində nəzərdə tutulan müddət uzadılır. Maddə 82. Ekspertiza … tizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 82.5-ci maddəsində nəzərdə tutulan müddət uzadılır.