Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. İpoteka qoyanın hüquq və vəzifələri

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. İpoteka qoyanın aşağıdakı hüquqları vardır:

25.1.1. ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildiyi hal istisna olmaqla, ipoteka qoyulmuş əşyaya sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək;

25.1.2. ipoteka qoyulmuş əşyanı vəsiyyət etmək;

25.1.3. bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək;

25.1.4. ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək.

25.2. Bu Qanunun 25.1.3-cü maddəsində göstərilən hüquqa tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra xitam verilir.

25.3. İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır:

25.3.1. ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək;

25.3.2. ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək;

25.3.3. ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək;

25.3.4. ipoteka predmetinə tutma yönəldildikdə həmin əşyanı almaq istəyən şəxslərə ipoteka predmetinə yerində baxış keçirmək üçün şərait yaratmaq;

25.3.5. bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayandan əsas öhdəliyin həcmi barədə arayış alaraq notariusa təqdim etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver