56.1. Xüsusi mülkiyyətdə olan fərdi və çoxmənzilli yaşayış evləri, habelə mənzillər ipoteka predmeti ola bilər.
56.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan yaşayış evlərinin və mənzillərin ipotekasına yol verilmir.
56.3. Mehmanxanalar, istirahət evləri, bağ evləri və bu kimi başqa tikililər və binalar ümumi əsaslarla ipoteka predmeti ola bilər. Yaşayış evlərinin (mənzillərinin) ipotekası üçün müəyyən edilən qaydalar onlara şamil edilmir.