AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
1. “İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası” təsdiq edilsin.
2. “İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi forması” təsdiq edilsin.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hüquq şöbəsinə (G. İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
5. Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 5 aprel 2019-cu il tarixli 1905000016 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 14.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və işaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən (bundan sonra – hüquqi şəxslər) iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların (bundan sonra – məlumatların) təqdim edilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla müəyyənləşdirilmiş mənaları ifadə edir.
2.1. Qanunun 14.5-ci maddəsinə uyğun olaraq, hüquqi şəxslər işaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatlarına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.
2.2. Qarşılıqlı məlumat mübadiləsi zamanı hüquqi şəxs tərəfindən məlumatların real vaxt rejimində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə (bundan sonra - ƏMAS) ötürülməsi həyata keçirilir.
2.3. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, hüquqi şəxslər tərəfindən ƏMAS-a iş üçün müraciət edən şəxslərə dair fərdi məlumatlar, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlar və məşğulluq tarixçəsinə dair məlumatlar ötürülür.
2.4. Hüquqi şəxslər məlumatları hər ay üzrə növbəti ayın 5-dən gec olmayaraq ƏMAS-a ötürürlər.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 5 aprel 2019-cu il tarixli 1905000016 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Məlumatın əhatə etdiyi
Məlumatın verildiyi tarix:
İş üçün müraciət edənlərin sayı:
Fərdi identifikasiya nömrəsi üzrə:
İş üçün müraciət edələrin
təhsili və peşəsi (ixtisası)
Fərdi identifikasiya nömrəsi üzrə:
İş üçün müraciət edənlərin məşğulluq tarixçəsinə dair məlumatlar:
Fərdi identifikasiya nömrəsi üzrə:
İşlə təmin olunanların sayı:
Fərdi identifikasiya nömrəsi üzrə:
Xarici ölkələrdə işə düzələnlərin sayı:
Fərdi identifikasiya nömrəsi üzrə:
1. 24 yanvar 2025-ci il tarixli 3-17/3-5-3/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202501247353, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 fevral 2025-ci il)